19 İyun 2026
Dünya futbolu

Lukaku “Qarabağ”a qarşı oynamayacaq

Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli” iştirak ərizəsini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Antonio Konte siyahıya 24 futbolçunun adını salıb. Komandanın əsas hücumçusu Romelu Lukaku isə zədə səbəbindən heyətdə yer almayıb. Belçikalı forvardın 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatırladaq ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də İtaliyada keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43