Adı yay transfer pəncərəsində “Qarabağ”la hallanan Juninyo karyerasını “Flamenqo”da davam etdirəcək.
İdmanxeber.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Rio təmsilçisi “Qarabağ”ın icarə təklifini qəbul etməyib.
Klub rəhbərliyi hücumçunun yeni mövsümdə baş məşqçi Filipe Luisin planlarında önəmli yer tutacağını düşünür və ona daha çox şans vermək niyyətindədir.
Xəbərdə Juninyo üçün Səudiyyə Ərəbistanından da təkliflər olduğu və Braziliya klubunun futbolçunu göndərmədiyi bildirilib.

