19 İyul 2026
Dünya futbolu

Mali ulduzu İstanbul yolunda

“Fənərbağça”nın yeni transfer hədəfi bəlli olub.

idmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “Tottenhem”in malili futbolçusu İves Bissumanı heyətinə qatmaq istəyir. 29 yaşlı yarımmüdafiəçi “sarı-lacivərdlilər”in 1 nömrəli transfer hədəfinə çevrilib.

Bissumanın transfer qiyməti 25 milyon avro olaraq göstərilir.

Qeyd edək ki, “Fənərbağça” artıq London klubu ilə danışıqlara start verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43