08 İyul 2026
Dünya futbolu

Zirkze “Yuventus” yolunda

“Mançester Yunayted”in niderlandlı hücumçusu Coşua Zirkze karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı futbolçu “Yuventus”a transfer olunmaq niyyətindədir. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Niderland millisinin üzvü cari mövsümdə 2 rəsmi oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43