04 İyun 2026
Dünya futbolu

“Arsenal”ın sabiq futbolçusu vəfat etdi

“Arsenal”ın akademiyasından yetişmiş, hazırda “Çiçester Siti”də çıxış edən 21 yaşlı futbolçu Billi Vigar həyata gözlərini yumub.

İdmanxeber.az xəbər verir ki, gənc hücumçu ötən şənbə günü keçirilən oyunda ağır zədə almışdı. Klubun yaydığı məlumata görə, Vigar beyin travması səbəbindən süni komaya salınıb və çərşənbə axşamı əməliyyat olunub.

Lakin bütün müdaxilələrə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. O, sentyabrın 25-i səhər saatlarında vəfat edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43