Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçında güclü külək olub.
İdmanxeber.az-ın məlumatına görə, rüzgarın təsirindən stadiondakı Azərbaycan bayrağı olan dirək meydançanın kənarına yıxılıb. Bu səbəbdən də matçda qısa fasilə yaşanıb.
Daha sonra FHN əməkdaşları dirəyi meydançadan uzaqlaşdırıblar.

