Türkiyə millisinin və “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Gülərə Avropanın tanınmış klubları maraq göstərir.
İdmanxeber.az xarici mediaya istinadən xəbər verir ki, “Borussiya” (Dortmund), “Nyukasl”, “Arsenal”, “Milan”, “Leyptsiq” və “Tottenhem” skautları futbolçunun çıxışını yaxından izləyirlər.
Buna baxmayaraq, Madrid klubu Arda Güləri heyətində saxlamaq niyyətindədir və ona böyük ümid bəsləyir.
Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçi 2023-cü ilin əvvəlində “Fənərbaxça”dan “Real Madrid”ə transfer olunub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

