Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” Polşa çempionatında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Lublin təmsilçisi öz meydanında “Radomyak”ı qəbul edib və görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Dadaşov oyuna 77-ci dəqiqədə qoşulub.
10 turdan sonra “Motor”un aktivində 11 xal var və komanda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

