“Atletiko”nun hücumçusu Xulian Alvares onun “Barselona”ya mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı forvard ESPN-ə açıqlamasında deyib:
“Hazırda bütün diqqətim “Atletiko”ya yönəlib. Bu komandada oynamaq və inkişaf etmək istəyirəm. Mətbuatdakı söz-söhbətlər məni maraqlandırmır”.
Qeyd edək ki, daha əvvəl Alvaresin “Barselona”da Robert Levandovskinin əvəzləyicisi ola biləcəyi barədə məlumatlar yayılmışdı.

