06 İyul 2026
Dünya futbolu

“İnter”in hücumçusu Markus Tyuram zədələndi

“İnter”in hücumçusu Markus Tyuram zədələnib.

İdmanxeber.az xəbər verir ki, fransalı forvard ÇL-də “Slaviya” ilə oyunda aldığı zədə səbəbindən 3–4 həftə meydana çıxmayacaq.

28 yaşlı oyunçu A Seriyasında “Kremoneze” və “Roma” ilə matçları, ÇL-də isə “Union”a qarşı görüşü buraxacaq, həmçinin Fransa millisinin toplanışına qoşula bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43