Azarkeşlər “Qarabağ” – “Kopenhagen” oyunu üçün stadion girişdə ciddi problem yaşayır.
Bu barədə İdmanxeber.az saytına fanatlar özləri məlumat verib. Onların sözlərinə görə, stadionun giriş qapısında problem yaşanıb.
Bu səbəbdən də onlarla azarkeş stadiona daxil ola bilmir. Görüşün başlamasına rəğmən, fanatlar hələ də arenanın çölündə qalıb.

