“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib
İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda təmsilçimiz danimarkalıları da məyus edə bilib – 2:0. Bununla da, Ağdam klubu xal hesabını 6-ya çatdırıb.
1 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) 2:0
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

