14 İyun 2026
Dünya futbolu

“İnter” “Frayburq”un qapıçısını transfer etmək istəyir

“Frayburq”un qapıçısı Noa Atubolu “İnter”in transfer hədəfindədir.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu 23 yaşlı qolkiperin yayda transferi üçün imkanları qiymətləndirir. Hələlik rəsmi danışıqlar başlamasa da, “İnter” futbolçunun agentləri ilə görüş keçirməyi planlaşdırır.

Atubolu bu ay Almaniya millisindən ilk dəvətini alıb. O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxıb və 3 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43