09 İyun 2026
Ölkə futbolu

Milli qələbəni əldən verdi, “premya” qazandı 

Azərbaycan U-21 millisi Avropa çempionatı seçmə mərhələsi çərçivəsində dünən Şotlandiya yığması ilə heç-heçə edib – 3:3.

Bu görüşün ardından yığma üzvlərinin mükafatlandırılması gözlənilir.

AFFA rəhbərliyi komandanın xal qazandığı oyunlara biganə qalmır. Daha öncə U-21 millimiz Bolqarıstanla görüşdə heç-heçə etdiyi üçün 3000 manat mükafat almışdı.

Rəhbərlik dünənki nəticəyə görə də “premya” ayıracaq. Gənc futbolçulara eyni məbləğdə pul mükafatı veriləcək.

Xatırladaq ki, Azərbaycan U-21 millisi 4 oyundan sonra iki xalla qrupda 5-ci sıradadır.

Həsən Quluzadə / İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43