Usman Dembelenin nümayəndələri PSJ rəhbərliyinə təzyiq göstərməyə başlayıblar.
İdmanxeber.az-ın məlumatına görə , “Qızıl top” sahibi müqaviləsini uzatmaq niyyətindədir, amma menecerləri onun yüksək performansını əsas gətirərək maaşının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
Klub müəyyən artıma razıdır, amma Messi və Neymar səviyyəsində məbləğ ödəmək niyyətində deyil.

