“Qalatasaray”ın sabiq müdafiəçisi Ceyson Denayer karyerasını Rusiyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 30 yaşlı belçikalı futbolçu ilə “Akron” klubu maraqlanır. Tolyatti təmsilçisi Denayerlə ilkin danışıqlar aparıb və tərəflər razılığa yaxınlaşıblar.
Təcrübəli oyunçu daha əvvəl “Mançester Siti”, “Seltik”, “Qalatasaray”, “Lion” və “Əl-Fateh” kimi klublarda çıxış edib.

