“Beşiktaş”la çempionluq yaşamış təcrübəli hücumçu Vensan Abubakar karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
33 yaşlı kamerunlu futbolçu “Neftçi” ilə razılığa gəlib.
Artıq tərəflər arasındakı anlaşmanın detalları da məlumdur. Abubakarın Azərbaycan klubuyla 1+1 illik sözləşmə imzalayacağı gözlənilir.
Əgər son anda transferdə bir problem çıxmasa, futbolçunun “ağ-qaralar”a keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı “Hatayspor” (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
İdmanxeber.az

