06 İyun 2026
Dünya futbolu

“Barselona” Almaniyadan hücumçu gətirir

“Barselona” “Hoffenhaym”ın hücumçusu Fisnik Aslanini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, katalon klub 23 yaşlı kosovolu futbolçunu Robert Levandovskinin mümkün əvəzləyicisi kimi görür. Aslaninin transfer qiymətinin 30 milyon avrodan az olacağı bildirilir.

Bu mövsüm Bundesliqada 6 oyunda 4 qol vuran gənc hücumçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43