06 İyun 2026
Ölkə futbolu

Kamerunlu hücumçu “Neftçi”yə doğru – DETALLAR BURADA 

“Beşiktaş”la çempionluq yaşamış təcrübəli hücumçu Vensan Abubakar karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

33 yaşlı kamerunlu futbolçu “Neftçi” ilə razılığa gəlib.

Artıq tərəflər arasındakı anlaşmanın  detalları da məlumdur. Abubakarın Azərbaycan klubuyla 1+1 illik sözləşmə imzalayacağı gözlənilir.

Əgər son anda transferdə bir problem çıxmasa, futbolçunun “ağ-qaralar”a keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.

Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı “Hatayspor” (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdmanxeber.az 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43