10 İyul 2026
Ölkə futbolu

“Hazırda böyük bir kluba keçmək fikrim yoxdur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” telekanalına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 17 ildir Ağdam təmsilçisini çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:

“Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki mən burada daha çox vaxt keçirirəm, nəinki ailəmdə. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur. “Qarabağ”la ildən-ilə daha da böyük nəticə əldə etmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43