08 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı hakimlər AFFA-nın qərarından narazıdır

Azərbaycan çempionatlarına təyinat alan hakimlər narazılıq edirlər. I, II və Region Liqası matçlarını idarə edən referilər maddi durumdan razı deyillər. 

Onlar AFFA-dan bölgə oyunları üçün ezamiyyət tələb edir. Hakimlər aldıqları qonorarın az olduğunu, verilən pulun da yol xərcinə getdiyi bildirilir.

Ədalət təmsilçilərinən bir qrup bu yaxınlarda Həkimlər Komitəsinin sədri Frank de Blekerlə görüşəcək. Onlar problemi əvvəlcə ona çatdıracaq, daha sonra isə durumu AFFA rəhbərliyinə bildirəcəklər.

Saytımıza verilən məlumata görə, iki il öncə hakimlər bölgə oyunları üçün ezamiyyət alsalar da, sonradan bu dayandırılıb. 

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43