09 İyul 2026
Dünya futbolu

Dembeledən PSJ-yə şad xəbər

PSJ-nin yarımmüdafiəçisi Osman Dembele zədəsini tam sağaldıb və bu gün keçiriləcək Çempionlar Liqasının “Bayer”lə oyununda iştirak edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu sentyabrda milli komandada zədələnmiş və yarım ay meydana çıxmamışdı.

Qarşılaşma saat 23:00-da Leverkuzendə start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43