20 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Çelsi” oyununa gedəcək şəxslər üçün VACİB MƏLUMAT

Bakı Metropoliteni “Qarabağ”ın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq!

İdmanxeber.az-ın məlumatına görə, noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43