“Liverpul”da baş məşqçi Arne Slotun gələcəyi sual altındadır
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” zəif nəticələr səbəbindən mütəxəssislə yolları ayıra bilər. Komanda Premyer Liqada 18 xalla 8-cidir və 2025-ci ildə 18 dəfə uduzub.
Baş məşqçi postuna əsas namizəd isə komandanın sabiq çalışdırıcısı Yurgen Kloppdur.
O, hazırda “Red Bull”un futbol layihələrinin rəhbəri və DFL-in Ekspert Komitəsinin üzvüdür.

