“Mançester Siti” 2026-cı ilin yayında “Nyukasl”ın sağ cinah müdafiəçisi Valentino Livramentonu transfer hədəflərindən biri kimi nəzərdən keçirir.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçu artıq Pep Qvardiolanın qısa siyahısında yer alır.
“Mançester Yunayted” də Livramentonu izləyir, lakin hələlik rəsmi addım atmayıb.
İngiltərə millisinin üzvü bu mövsüm “Nyukasl”da 8 oyunda 1 qol ötürməsi ilə yadda qalıb. Onun müqaviləsi 2028-ci ilə qədərdir.

