18 İyul 2026
Ölkə futbolu

Emin Mahmudov: “Boş qapıya da vura bilmirik”

“Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə 2:3 hesabı ilə uduzduqları görüşdən sonra oyunla bağlı fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Mahmudov komandanın çıxışını tənqid edib:

“Danışmağın belə mənası yoxdur. Bərbad oynadıq. İki dəfə hesabda önə keçib dərhal qapımızda qol görürüksə, problem var deməkdir. Çox yaxşı şanslarımız oldu, amma boş qapıya da vura bilmirik. Üstəlik, autdan belə qol buraxırıq. Bu, faciədir.

“İmişli’nin oyun üslubu yaxşıdır. Müdafiədə oturub əks-hücumlara çıxırlar və standart vəziyyətləri də yaxşı dəyərləndirirlər. Biz isə komanda şəklində çox zəif çıxış etdik”.

Komandanın uyğunlaşma problemi ilə bağlı deyilənlərə də münasibət bildirən futbolçu açıqlamasında qeyd edib:

“Hücumda pis oynamırıq, epizodlar yaradırıq, qollar vururuq. Amma müdafiədə çox zəifik. Komanda şəklində istədiyimizi edə bilmirik”.

Turnir cədvəli və avrokubok şansları barədə danışan Mahmudov bunun hazırda qeyri-mümkün olduğunu vurğulayıb:

“İndi şanslardan danışmaq çətindir. Azarkeşlərin gözləntisi başqa, bizim meydana qoyduğumuz başqa. Bu, biabırçılıqdır”.

O, qarşıdakı “Turan Tovuz” oyunu barədə də danışıb:

“Tovuz səfəri çətin olacaq. Amma onsuz da evdə də uda bilmirik. Yenə də əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43