“Qalatasaray”ın prezidenti Dursun Özbək derbi öncəsi Viktor Osimhenin durumuna aydınlıq gətirib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri nigeriyalı hücumçunun zədəsini tam sağaltdığını və bazar ertəsi “Fənərbağça” ilə oyunda iştirak edəcəyini bildirib.
Özbək həmçinin digər zədəli futbolçuların da komanda ilə birgə hazırlaşdığını vurğulayıb.
“Fənərbağça” – “Qalatasaray” derbisi dekabrın 1-də, saat 21:00-da start götürəcək.

