27 İyul 2026
İdman

Azərbaycan çempionatının finalında iki qardaş üz-üzə

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında final qarşılaşmaları olacaq.

İdmanxeber.az xəbər verir ki, həlledici qarşılaşmalar arasında biri var ki, o, xüsusi maraqla gözlənilir.

“Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları final görüşündə üz-üzə gələcək.

Azərbaycan çempionatı, final

97 kq

Məhəmməd Əhmədiyev (“Neftçi”) – Murad Əhmədiyev (“Neftçi”).

Qeyd edək ki, medal qarşılaşmalarına saat 18:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43