“Marsel”in hücumçusu Meyson Qrinvud mövsümün sonunda yenidən “Mançester Yunayted”ə qayıda bilər.
İdmanxeber.az xəbər verir ki, “qırmızı şeytanlar” 24 yaşlı futbolçunun geri dönüş variantını nəzərdən keçirir. Fransada uğurlu çıxışı ilə diqqət çəkən Qrinvud yenidən klubun gündəminə gəlib.
“Mançester Yunayted”in yetirməsi olan hücumçu 2024-cü ildə 26 milyon avroya “Marsel”ə transfer olunub.
O, bu mövsüm bütün turnirlərdə 23 oyunda 15 qol vurub və 4 assistlə yadda qalıb.

