22 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz”dan ayrılan futbolçu bu kluba keçməyə yaxındır 

“Turan Tovuz”dan ayrılan futbolçu karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Abdulla Rzayevdən gedir. Müdafiəçi “Şamaxı” ilə danışıq aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Rzayev müqavilə ilə “Sabah”a məxsusdur. O, icarə əsasında “Turan Tovuz”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43