11 İyul 2026
Ölkə futbolu

“Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişildi

Güclü qar səbəbindən Azərbaycan Premyer Liqasının XIX turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.

İdmanxeber.az-ın məlumatına görə, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43