11 İyul 2026
Dünya futbolu

“Real” “Qarabağ”ın rəqibindən futbolçu alır – 75 milyona

İtaliya millisinin və İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Sandro Tonali karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madridin “Real” klubu 25 yaşlı futbolçu ilə yaxından maraqlanır və onu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

“Kral klubu” Tonalinin transferi üçün 75 milyon avro ayırmağa hazırdır. Daha əvvəl yarımmüdafiəçi ilə İngiltərənin “Arsenal” və “Mançester Siti” klublarının da maraqlandığı bildirilmişdi.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 25 oyun keçirən Tonali 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Nyukasl”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43