İngiltərə Premyer Liqasının 26-cı turunda “Çelsi” evdə “Lids”lə 2:2 hesablı heç-heçə edib.
İdmanxeber.az-ın məlumatına görə, görüşün 24-cü dəqiqəsində fərqlənən Joao Pedro Premyer Liqa tarixinə düşüb. O, ardıcıl iki mövsümdə çempionatda 10 və daha çox qol vuran dördüncü braziliyalı futbolçu olub.
Hazırda “Çelsi” 25 turdan sonra 43 xalla 5-ci pillədə qərarlaşıb.

