“Qış transfer dönəmində “Qarabağ”dan ayrıla bilərdim. Ancaq rəhbərlik razılaşmadı. Belə alındı ki, ehtiyat qapıçı zədələndi və yenisini qeydiyyatdan keçirmək problem yarada bilərdi. Mən isə komanda üçün o qədər vacibəm ki, “Qarabağ” “Vidzev”in təklifini rədd etdi. Mən bunu yaxşı anlayıram və artıq bu məsələ üzərində dayanmadım. “Vidzev” başqa qapıçı transfer etdi və məsələ bağlandı”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına danışarkən deyib. Təcrübəli qolkiper transfer dönəmində adının Avropa klubları ilə hallanmasına da münasibət bildirib:
“Haqqımda yayılan daha bir şayiəni də təkzib edə bilərəm. Dortmund “Borussiya”sından heç bir təklif almamışam. Belə xəbərləri oxumuşam. Düşünürəm ki, son həftələrdə mənimlə bağlı transfer xəbərlərinin 90 faiz-i yalan idi.
Hazırda bütün diqqətimi “Qarabağ”la Çempionlar Liqasında mümkün qədər böyük uğur qazanmağa yönəltmişəm. Karyeramda növbəti addım üçün çalışacağam. Bir də Polşa millisində debüt etmək çox istərdim”.

