09 İyul 2026
Ölkə futbolu

“Kəpəz” rəhbərliyi Veysəl Rzayevə baş çəkdi – FOTOLAR

“Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçu Veysəl Rzayevi ziyarət ediblər.

İdmanxeber.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43