“Real”ın futbolçusu Arda Güler baş məşqçi Alvaro Arbeloanın qərarlarından narazıdır.
İdmanxeber.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi matçlarda tez-tez əvəzlənməsindən narahatdır. Arda düşünür ki, baş məşqçi Vinisius Junior və Cud Bellingemin reaksiyasını nəzərə alaraq onu erkən oyundan çıxarır.
20 yaşlı futbolçu bu mövsüm 35 rəsmi oyunda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəlki baş məşqçi Xabi Alonso dönəmində əsas heyətin üzvlərindən idi.

