09 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” hücumçu transfer etdi – RƏSMİ

“Sumqayıt”  2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətə cəlb edilib. Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Qeyd edək ki, 26 yaşlı Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43