11 İyul 2026
Dünya futbolu

Haaland “Real”a keçmək üçün onu gözləyir

Erlinq Haaland “Real”a mümkün keçidi üçün şərt irəli sürüb.

İdmanxeber.az-ın məlumata görə, “Mançester Siti” və Norveç millisinin hücumçusu yay transferini yalnız Yurgen  Kloppun Madrid klubuna baş məşqçi təyin olunacağı halda nəzərdən keçirməyə hazırdır.

Bildirilir ki, “kral klubu”nun prezidenti Florentino Perez bu məsələ ilə bağlı yekun qərarı verəcək.

Haaland 2025/2026 mövsümündə 37 oyunda 29 qol və 6 assistlə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43