11 İyul 2026
Ölkə futbolu

Koxalskinin müqavilə detalları açıqlandı: “Qarabağ”da 2,5 milyonluq sərbəstqalma maddəsi

“Qarabağ”ın qapıçısı Mateus Koxalski mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az Polşanın meczyki.pl saytına istinadən verdiyi məlumata görə,  25 yaşlı qolkiperin müqaviləsində 2,5 milyon avro məbləğində sərbəstqalma maddəsi var.

Bundan əlavə, gələcək klubu növbəti satışdan Ağdam təmsilçisinə 20 faiz pay ödəməlidir.

Bu şərt Polşa klublarına aid deyil. Maddə yalnız futbolçu İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ klublarına keçəcəyi halda qüvvəyə minir.

Əgər komanda qışda avrokuboklarda mübarizəni davam etdirərsə, klub transferə razılıq verməyə bilər.

Qeyd edək ki, Koxalski daha əvvəl “Vitzev Lodz” təklif aldığını açıqlamış, lakin qışda ayrılmasına razılıq verilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43