11 İyul 2026
Ölkə futbolu

Premyer Liqanın yayımında yenilik – Görüşlər iki kanalda canlı yayımlanacaq! (EKSKLÜZİV)

Azərbaycan Premyer Liqasının oyunları təkcə “CBC Sport” kanalında canlı yayımlanmayacaq.

İdmanxeber.az-a daxil olan informsiyaya görə, Premyer Liqanın görüşlərini “CBC Sport”la yanaşı “İdman Tv” də  birbaşa tamaşaçılara nümayiş etdirəcək.

Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən 20-ci turdan etibarən görüşlər bu iki kanalda canlı yayımlanacaq.

Hətta növbəti mövsümdən etibarən Premyer Liqa matçlarının bu iki kanalda müştərək qaydada yayımlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43