Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Ağdam təmsilçisi İngiltərə “Nyukasl”ını Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların böyükhesablı qələbəsilə başa çatıb – 6:1.
Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) – 6:1
Qol: E.Cəfərquliyev, 55, – Antoni Qordon, 3, 32(pen), 34, 45+1(pen), M.Thiav, 9,
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu

