21 İyun 2026
Ölkə futbolu

Millimiz Rusiya ilə qarşılaşacaq

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxacaq.

İdmanxeber.az xəbər verir ki, yığma Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:50-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43