19 İyun 2026
Ölkə futbolu

Millimizin üzvü oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli formasını geyindiyi “Partizani” Albaniya çempionatının 31-ci turunda məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Elbasani”yə uduzub. Start heyətdə meydana çıxan İsgəndərli 62-ci dəqiqədə əvəzlənib.

“Partizani” 30 turdan sonra 44 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43