İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün başa çatmasına az qalmış elitadan düşən ilk komanda bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, XXXIII turda “Vest Hem” – “Kristal Pelas” oyununun qolsuz bərabərliklə nəticələnməsi “Vulverhempton”un Premyer Liqada qalmaq şansını rəsmən bitirib.
Rob Edvardsın komandası 17 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb və 2018/2019 mövsümündən sonra elitayla vidalaşıb.

