21 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Qurban Qurbanov Elvin Cəfərquliyev barədə qərarını verdi

Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. 

“Qarabağ” klubu millimizin üzvünü satışa çıxarıb.

Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. “Qarabağ” yayda onu satmağa hazırdır. 

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar. (sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43