02 İyul 2026
Dünya futbolu

“Barselona” 50 milyon tələb edəcək

“Barselona” Alexandro Balde ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, futbolçuya “Aston Villa” maraq göstərir və transferin dəyəri 50 milyon avro qiymətləndirilir.

Kataloniya klubu bu vəsaiti Alessandro Bastoni və Xulian Alvares üçün istifadə etməyi planlaşdırır. Baldeyə əvəz kimi isə Alexandro Qrimaldo nəzərdə tutulur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43