03 İyul 2026
Dünya futbolu

Lamin Yamalın zədəsi ciddidir

“Barselona”nın vingeri Lamin Yamal La Liqada Selta ilə oyunda zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu penaltidən qol vurmasına baxmayaraq, ilk hissənin sonunda meydanı tərk edib. Baş məşqçi Hans-Diter Flik onu əvəzləməli olub.

İlkin məlumata görə, Yamalın hamstring əzələsi zədələnib. Diaqnoz təsdiqlənsə, o, təxminən 5 həftə oynaya bilməyəcək.

Qarşılaşma “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43