“Zirə” qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı qolkiperin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Portuqaliyalı qolkiper 2023-cü ildən “Zirə”də çıxış edirdi.
Xatırladaq ki. “Zirə” bir neçə gün əvvəl Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə ilə vidalaşıb.

