“Zirə” portuqaliyalı qapıçı Tiaqo Silvanın yerini azərbaycanlı oyunçu ilə doldura bilər.
İdmanxeber.az-verilən məlumata görə, qəsəbə təmsilçisi Yusif İmanovla maraqlanır. Azərbaycanlı qolkiper növbəti mövsümə “Zirə”də başlaya bilər.
Hələ qışdan baş məşqçi Rəşad Sadıqov İmanovun komandaya keçidində maraqlı olub. Ancaq müxtəlif səbəblərdən transfer baş tutmayıb.
Qışda “Kəpəz”ə keçən təcrübəli qolkiperin Gəncə təmsilçisi ilə sözləşməsi başa çatıb. Hazırda azad agent olan qapıçı “Zirə”nin gündəmindədi.
Y.İmanov özü də Azərbaycanda qalmağa qarşı deyil. O, “Zirə”də oynamağa müsbət yanaşır.

