Madrid “Real”ı müdafiə xəttini gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya nəhənginin əsas hədəflərindən biri İbrahima Konatedir. Fransa millisinin üzvü hazırda “Liverpul”un formasını geyinir.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, madridlilər transfer variantlarını araşdırır.
Futbolçunun çıxışı klub rəhbərliyinin diqqətini çəkib. Hələlik rəsmi təklif yoxdur. Lakin transferin yay ərzində aktuallaşacağı istisna edilmir.

